"Coca-Cola" və "McDonald’s" Blatterə qarşı

FİFA-nın əsas sponsorlarında biri olan "Coca-Cola" və "McDonald's" şirkətləri təşkilatın prezidenti Zepp Blatteri istefa verməyə çağırıblar.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, şirkətlər FİFA-nın repurtasiyasını günü gündən enməsindən narazıdırlar və bununla bağlı təşkilatda təcili islahatların aparılmasına çağırırlar.

İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31