Prosineçki millinin heyətini açıqladı

"Avro-2016"nın seçmə mərhələsində bu ay İtaliya və Bolqarıstanla qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Robert Prosineçki qarşıdakı iki oyun üçün 21 futbolçuya dəvət göndərib. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan klublarımızdan "Qarabağ"dan 6, "Qəbələ"dən isə 3 futbolçu milliyə çağırılıb.

Qeyd edək ki, oktyabrın 10-də evdə İtaliyanı qəbul edəcək millimiz, 3 gün sonra səfərdə Bolqarıstanın qonağı olacaq.

Qapıçılar: Kamran Ağayev ("Karşıyaka", Türkiyə), Aqil Məmmədov("Neftçi"), Anar Nəzirov ("Zirə")

Müdafiəçilər: Tərlan Quliyev ("Kəpəz"), Maksim Medvedev ("Qarabağ"), Bədavi Hüseynov ("Qarabağ"), Rəşad Sadıqov ("Qarabağ"), Arif Daşdəmirov ("Qəbələ"), Ruslan Abışov ("Qəbələ"), Pavel Paşayev ("Metallurq", Ukrayna)

Yarımmüdafiəçilər: Rəşad Sadiqov ("Qəbələ"), Qara Qarayev ("Qarabağ"), Cavid Tağıyev ("Qarabağ"), Əfran İsmayılov ("Qarabağ"), Dmitri Nazarov ("Karlsruhe", Almaniya), Tuğrul Erat ("Fortuna Düsseldorf", Almaniya), Rahid Əmirquliyev ("Xəzər Lənkəran")

Hücumçular: Rəhman Hacıyev ("Neftçi"), Elnur Cəfərov ("Xəzər Lənkəran"), Eddi İsrafilov ("Eybar", İspaniya), Ruslan Qurbanov ("Neftçi")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31