"Qazonun vəziyyəti məğlubiyyətə haqq qazandırmamalıdır"

"Qol vurmaq üçün xeyli imkanlarımız oldu. Ancaq bundan yararlana bilmədik. Günahı özümüzdə axtarmalıyıq". Qol.Az-ın məlumatına görə, bu sözləri "Anderlext"in yarımmüdafiəçisi Stiven Defur Belçika mətbuatına açıqlamasında deyib. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyun haqda danışan Defur qazonun pis vəziyyətdə olmasının onlara haqq qazandırmadığını bildirib: "Stadionun qazonunun yaxşı vəziyyətdə olmaması bizə haqq qazandırmır. İlk hissəni çox pis oynadıq. Rəqib isə ələ düşən imkandan yaxşı yararlandı. Fasilədən sonra qol vurmaq üçün yaxşı imkan əldə etsək də, istəyimizə nail ola bilmədik. Ancaq ruhdan düşməməliyik və qarşıdakı oyunlara hazırlaşmalıyıq. Qrupumuzdakı digər oyunun 1:1 hesabı ilə başa çatması yaxşı oldu. "Tottenhem"lə evdəki görüşdə qələbə qazanmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31