"Günah məndədir" – "Anderlext"in qapıçısı

"Anderlext"in qapıçısı Silvio Proto Avropa Liqasının qrup mərhələsində uduzduqları "Qarabağ"la oyun haqda danışıb. Qol.Az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, Proto Riçard Almeydanın vurduğu qolda səhvinin olduğunu etiraf edib: "Rəqib futbolçudan zərbə gözləyirdim. Buna hazır idim. Lakin top son anda istiqamətini dəyişdi və məni aldatdı. Zərbə uzaq məsafədən vurulmuşdu. Topu tutmalı idim, amma bacarmadım. Günah məndədir".

Qeyd edək ki, "Qarabağ" Riçard Almeydanın matçın 36-cı dəqiqəsində vurduğu qolla "Anderlext"i 1:0 hesabı ilə məğlub edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31