"Qəbələ" ilə oyun asan olmadı" – Kononov

"Qəbələ" çox yaxşı komandadır. Bu oyunda meydanda yaxşı futbol gördük. Son dəqiqələrdə fərqləndik, amma bir neçə qol da vura bilərdik".Qol.Az-ın Krasnodara ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu "Krasnodar"ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib."Qəbələ" hücuma keçdiyində müdafiədə boşluqlar olurdu. Amma bizim üçün asan oyun olmadı. İlk 20-30 dəqiqədə bir neçə qol vura bilərdik. Qələbəyə görə şadıq" - deyə Kononov bildirib.O, komandasını həm çempionat, həm kubok, həm də Avropa Liqasında çətin oyunlar gözlədiyini bildi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31