Premyer Liqamızda 7-ci tura start verilir

Bu gün Azərbaycan Premyer Liqasının VII turun oyunlarına start veriləcək.Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.Cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkən AZAL doğma meydanda "Rəvan"ı sınağa çəkəcək. Ötən tur "Sumqayıt"la görüşdə (1:1) ilk xalını qazanan Tərlan Əhmədovun komandası bu oyundan 3 xalla ayrılmağa çalışacaq.Lakin keçirdiyi 6 görüşdə bir qələbə belə qazana bilməyən "Rəvan" da səfərdən ən azı bir xalla ayrılmaq niyyətindədir. "AZAL Arena"da keçiriləcək matç saat 19:00-da başlayacaq.Qeyd edək ki, Premyer Liqamızda 7-ci tura bazar günü keçiriləcək 3 oyunla yekun vurulacaq.

2 oktyabr (cümə)

Azərbaycan Premyer Liqası, 7-ci tur

19:00. AZAL - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev
Bakı. "AZAL Arena"

3 oktyabr (şənbə)

19:00. "Zirə" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
Zirə  İdman Kompleksinin stadionu.

4 oktyabr (bazar)

16:00. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu.

19:00. "İnter" - "Qarabağ"
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov
Bakı. "İnter Arena".

21:00. "Qəbələ" - "Xəzər Lənkəran"
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov
Qəbələ şəhər stadionu.

Turnir cədvəli

N Klublar O Q H M T-F X
1 Qarabağ 6 4 2 0 11-6 14
2 İnter 6 4 1 1 5-3 13
3 Qəbələ 6 4 1 1 10-4 13
4 Zirə 6 3 3 0 5-2 12
5 Neftçi 6 2 3 1 7-5 9
6 Xəzər Lənkəran 6 1 3 2 5-5 6
7 Kəpəz 6 1 2 3 4-6 5
8 Sumqayıt 6 0 4 2 3-5 4
9 Rəvan 6 0 2 4 4-11 2
10 AZAL 6 0 1 5 1-8 1
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31