“İkinci hissədə zəif oynadıq” - “Krasnodar”ın baş məşqçisi

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Krasnodar" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib.

"Qafqazinfo" xəbər verir ki, meydan sahibləri bu matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Oyundan sonra "Krasnodar" klubunun məşqçisi Oleq Kononov matç haqqında fikilərini bildir. O qeyd edib ki, komandası layiqli qələbə qazanıb: "Biz çətin olacağını bilirdik. Lakin doğma meydanda oynadığımız üçün 3 xal qazanmaq lazım idi. Bunu bacardığımız üçün komandamdan razıyam. Matçın ilk hissəsində daha yaxşı çıxış etdik. Ikinci yarıda sanki nəsə çatmırdı. Bununla belə Fyodor Smolov yaxşı oyun göstərdi. Onun qolu bizə 3 xal gətirdi. Qolu vurarkən də Smolov mükəmməl şəkildə bunu etdi. Biz layiqli qələbə qazandıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31