Növbəti tarixi qələbə: “Qarabağ” 2-ci yerə yüksəldi
2 Oktyabr 2015 09:29 İdmanBu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilir.Trend-in məlumatına görə, "Qarabağ" Bakıda Belçikanın "Anderlext" klubunu qəbul edib.Ağdam təmsilçisinin üstünlüyü ilə keçən ilk hissənin 36-cı dəqiqəsində azarkeşlərimiz sevinib - Riçard Almeydanın zərbəsi dəqiq alınıb - 1:0.Daha gərgin və maraqlı keçən ikinci hissədə isə qapılar toxunulmaz qalıb. Təmsilçimiz minimla hesabla qələbə qazanıb.Beləliklə, "Qarabağ" "J" qrupunda 2 oyundan 3 xalla ikinci sıradadır. 4 xallı "Tottenhem" qrup lideridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31