A Seriya təmsilçisi baş məşqçisini qovdu

"Karpi"nin baş məşqçisi Fabrisio Kastori vəzifəsindən qovulub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub. Kastorinin işindən narazı qalan "Karpi" rəhbərliyi 61 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Komandanın yeni baş məşqçisinin Cüzeppe Sanninonun olacağı gözlənilir.

Qeyd edək ki, İtaliya A Seriyasının ilk 6 turunda cəmi 2 xal qazanan "Karpi" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31