Fransalı hücumçu Bakı "İnter"ində

"Xəzər Lənkəran"dan ayrılan Limam Seydi karyerasını Bakı "İnter"ində davam etdirəcək. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, fransalı hücumçu "İnter"lə razılığa gəlib. 30 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Sözləşməyə əsasən Seydi ilin sonuna qədər "İnter"in şərəfini qoruyacaq.

Qeyd edək ki, yayda "Xəzər Lənkəran"a transfer olunan Seydi FİFA-nın qoyduğu qadağaya görə Lənkəran təmsilçisi ilə müqavilə imzalaya bilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31