Syomin "Anji"dən getdi

"Anji" baş məşqçisi Yuri Syominlə yolları ayırıb. Qol.Az-ın Mahaçqala təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, onun müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Komandanı müvəqqəti olaraq məşqçi Ruslan Ağalorovun çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Qəbələ"nin sabiq baş məşqçisi Y.Syomin bu ilin iyununda "Anji" ilə müqavilə imzalamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31