“Kassadan bilet almaqla “qara bazar”a zərbə vuraq” - “Qarabağ”dan açıqlama
29 Sentyabr 2015 16:45 İdmanUEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Anderlext" qarşılaşmasının biletlərinin satışı dünəndən başlanılıb. "Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, bilet satışının ilk günü olmasına baxmayaraq, kassa önündə azarkeş növbələri yaranıb. Sevindirici haldır ki, azarkeşlərin hər biri bilet satışından razıdır və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır. "Qarabağ" FK rəhbərliyi bu oyundan etibarən kassada xanım satıcıların köməyindən istifadə edərək daha bir ilkə imza atıb. Bununla kassa önündə nizam-intizamı artıran klub rəhbərliyi bu addımın uğurlu addım olduğunu bildirib. Eyni zamanda azarkeşlərin sıraya girmədən öncə istədiyi biletin qiymətini və sektorunu rahatlıqla tapa bilməsi üçün stadionun böyük sektor xəritəsi kassa yanında quraşdırılıb. Bütün kassaların fəaliyyət göstərməsi kassa önündə sıxlığın yaranmasının qarşını alıb. "Qarabağ" FK rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçmişdir. "Qarabağ" FK tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və kassa ətrafına polis briqadaları yerləşdirilmişdir, eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir. "Qarabağ" FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbazz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31