Şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsi davam edir
29 Sentyabr 2015 15:15 İdmanBakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsi davam edir. Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dünya Kubokunun mətbuat xidməti xəbər verir ki, artıq yarışda ilk yarımfinalçı məlumdur. Hollandiya şahmatçısı Aniş Giriyə qalib gələn Pyotr Svidler finalda oynamaq imkanı qazanıb (1.5:0,5). Digər finalçı Pavel Elyanov (Ukrayna) və Sergey Karyakin (Rusiya) arasında müəyyənləşəcək. Tərəflər klassik oyunda iki dəfə heç-heçə oynadığından sentyabrın 29-da tay-brekdə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31