Qızlar mübarizəyə başlayır

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. "Olaylar"ın AFFA-nın saytına istinadən məlumatına görə, Yığmamız Belçikanın Lyej şəhərindəki Academie Robert Louis-Dreyfus stadionunda Çexiya komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Baş hakim: Eva Auqustyn (Polşa)

Baş hakimin köməkçiləri: Katarzyna Vasiak (Polşa), Joline Delkrois (Belçika)

Dördüncü hakim: Lois Otte (Belçika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31