Azərbaycan bədii gimnastika üzrə klublararası dünya çempionatında iştirak edəcək

Azərbaycan gimnastları sentyabrın 30-dan oktyabrın 6-dək Tokioda keçiriləcək bədii gimnastika üzrə klublararası dünya çempionatında iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva deyib. Klublararası dünya çempionatında Rusiya, Belarus, Ukrayna, Gürcüstan və digər ölkələrin idmançıları iştirak edəcəklər. Hər bir klubun tərkibinə 3 idmançı daxildir - 2 senyorka (16 yaşdan) və 1 senyorka (16 yaşadək). M.Vasilevanın sözlərinə görə, Azərbaycan millisinin tərkibinə Marina Durunda, Ayşən Bayramova və Jalə Piriyeva daxil olacaq: "Piriyeva yuniorkaların proqramında çıxış edəcək. Ötən çempionatda beşinci yeri tutduq və ümid edirəm ki, idmançılarımız bu il daha yaxşı nəticə göstərəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31