"Bakı 2015" iştirakçısı göldə bataraq öldü

Çexiyalı cüdoçu Aleksandr Yureçka 24 yaşında ölüb. Qol.Az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, o, ötən həftənin cümə günü İtaliyada yerləşən "La Garda" gölündə batıb. Yureçkanın ölümü ilə bağlı gələn həftə Özbəkistanda keçiriləcək Daşkənd Qran-Pri yarışı 1 dəqiqəlik sükutla başlayacaq. Mərhum cüdoçu ötən ay Astanada keçirilən dünya çempionatında 90 kq çəki dərəcəsində mübarizə aparıb və iki dəfə "Böyük Dəbilqə" turnirinin bürünc mükafatçısı olub. O, "Bakı 2015" I Avropa Oyunlarına qatılsa da, ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31