"Fənərbaxça"da ciddi itki
28 Sentyabr 2015 19:30 İdman"Fənərbaxça"nın futbolçusu Lazer Markoviç zədələnib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, ölkə çempionatının 6-cı turunda "Beşiktaş"a qarşı matçda 40-ci dəqiqədə zədə alıb və məcbur əvəzlənməli olub. Serbiyalı oyunçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" qarşılaşması birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31