Güləşçilərimiz Rusiyaya gedir
28 Sentyabr 2015 17:42 İdmanOktyabrın 2-4-ü tarixlərində Dağıstanın Levaşi rayonunda Rusiyanın ictimai və dövlət xadimi Nurbaqand Qapizovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 1995-97-ci il təvəllüdlü gənclər arasında I beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirə 8 idmançı yollanacaq. Heyətdə Arif Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Pənah İlyaslı (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Həmzətxan İsrapilov (120 kq) yer alacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31