Messi 2 ay oynamayacaq

"Barselona" - nın Argentinalı hücumçusu Lionel Messinin son durumu müəyyənləşib.Trend-in komandanın saytına istinadən verdiyi xəbərə görə, İspaniya La Liqasının 6-cı turunda "Las Palmas" - a qarşı oyunda zədə alan Argentinalı tibbi müayinədən keçib.Sol dizində problem olan Messinin 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.Qeyd edək ki, L.Messi "Las Palmas" - a qarşı oyunun 8-ci dəqiqəsində zədələnib və məcburi əvəzlənməli olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31