“Qarabağ” - “Neftçi” oyunu harda keçiriləcək?
24 Sentyabr 2015 17:54 İdmanAzərbaycan Premyer Liqasının 6-cı turunda baş tutacaq "Qarabağ" - "Neftçi" oyununun məkanı və başlama saatı hələlik müəyyənləşməyib.
"Qafqazinfo"nun qol.az-a istinadən məlumatına görə, buna səbəb matçın harada keçiriləcəyinin bilinməməsidir.
"Qarabağ" "Neftçi"ni Suraxanıda yeni inşa olunan öz stadionunda qəbul etmək istəyir. Lakin PFL-in prezidenti Ramin Musayev ötən gün mətbuata açıqlamasında sözügedən stadionun "Neftçi" ilə oyuna hazır olmadığını bildirib.
PFL rəhbərinin qeyd etdiyi çatışmazlıqlar iki gün müddətində aradan qaldırılsa, görüşün "Qarabağ" Arena"da keçirilməsi mümkündür. Əks halda qarşılaşma "Dalğa Arena"da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı sentyabrın 26-da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31