Millimizin məşqçisi "Krasnodar" - "Qəbələ" oyununu izləyəcək

Azərbaycan milli komandasının məşqçisi Qordan Tsipriç millinin üzvü Tuğrul Eratın çıxışını izləmək məqsədilə sentyabrın 26-da Münxenqladbax şəhərində keçiriləcək "Borussiya-2" (Münxenqladbax)  - "Fortuna-2" (Düsseldorf) oyununa baxacaq.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Robert Prosineçkinin digər köməkçisi Elxan Abdullayev isə oktyabrın 1-də UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Krasnodar" (Rusiya) - "Qəbələ" oyununu izləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31