"Borussiya" yenidən lider ola biləcəkmi?
23 Sentyabr 2015 19:35 İdman"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" (Dortmund) klubu bu gün Almaniya Bundesliqasında növbəti matçına çıxacaq. Qol.Az-ın məlumatına görə, Dortmund təmsilçisi 6-cı turda səfərdə "Hoffenhaym"ın qonağı olacaq. Keçirdiyi 5 görüşdə maksimum nəticə göstərən "Borussiya" bu matçda da qələbə qazanmaqla yenidən liderliyə yüksəlməyə çalışacaq. Lakin liderliyə yüksəlmək üçün Tomas Tuhelin komandası ən azı iki top fərqi ilə qələbə qazanmalıdır. Əks təqdirdə daha yaxşı top fərqinə malik olan "Bavariya" zirvədə qalacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, "Borussiya" Bundesliqada geridə qalan 5 turdan sonra 15 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
23 sentyabr
Almaniya Bundesliqası, 6-cı tur
23:00. "Hoffenhaym" - "Borussiya" (Dortmund)