AFFA Azərbaycan futzalçılarının məsxərəyə qoyulması ilə bağlı UEFA-ya etiraz etdi

Azərbaycan Futbol federasiyaları Assosiasiyası (AFFA) UEFA-ya etiraz məktubu ünvanlayıb. Trend xəbər verir ki, futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya - Azərbaycan qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb. Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb. Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31