Millimizin üzvü 85 dəqiqə oynadı
23 Sentyabr 2015 12:56 İdmanAlmaniya II Bundesliqasında 8-ci turun oyunları keçirilir. Qol.Az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" bur tur evdə "Düsseldorf"la qarşılaşıb. Nazarovun komandası yenə xal itkisi ilə üzləşib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib - 1:1. Oyunun start heyətində yer alan millimizin üzvü 85-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" klubu 8 turdan sonra 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31