Milli komandamız Avropa Çempionatının final mərhələsində

Futzal üzrə milli komandamız bu gün Avro-2016-nın pley-off mərhələsi çərçivəsində Slovakiya ilə cavab görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Trnavanın Mestska İdman Sarayında baş tutan qarşılaşmaya yığmamız üstün çıxıb.Çünki komandamız Bakıda keçirilən ilk qarşılaşmada da 3:1 hesablı qələbə qazanmışdı.Bu oyunda da hesabı açan milli komandamız olub. Vitali Borisov 8-ci dəqiqədə yığmamızı önə keçirən qolu vurub. İkinci hissədə rəqib hesabı bərabərləşdirərək ümidlənib.Ancaq slovakiyalıların bundan artığına gücü çatmayıb. 1:1 hesabı ilə bitən oyundan sonra Avropa Çempionatının final mərhələsinə yüksələn komanda Azərbaycan milli komandası olub.Qeyd edək ki, Avro-2016-nın final mərhələsi gələn il, 2-13 fevral aralığında Belqrad şəhərində keçiriləcək.

22 sentyabr
Avro-2016-nın pley-off mərhələsinin cavab oyunu

Slovakiya - Azərbaycan - 1:1
Qol: Duşan Rafay, 25 - Vitali Borisov, 8

Hakimlər: Timo Onatsu, Toni Lehtinen (hər ikisi Finlandiya)
Trnava. "Mestska Sportova Hala" stadionu
İlk oyun - 1:3

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31