Levandovski tarix yazdı: 9 dəqiqəyə 5 qol
23 Sentyabr 2015 08:59 İdmanAlmaniya Budesliqasının son turunda keçirilən "Bavariya" - "Volfsburq" matçında maraqlı anlar yaşanıb.
Trend-in məlumatına görə, oyunun 26-cı dəqiqəsində hesabı rəqib komanda açsa da, meydan sahiblərinin futbolçusu Robert Levandovskinin vurduğu beş qol görüşün taleyini həll edib - 5:1.
Maraqlıdır ki, polşalı hücumçu bu qolları cəmi 9 dəqiqə ərzində vurub. Bu, Bundesliqa tarixində ilk belə hadisə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31