""Bavariya" bu mövsüm çempion olmayacaq"
22 Sentyabr 2015 14:36 İdman"Borussia Dortmund" Bundesliqa tarixində ən uğurlu startını bu mövsüm reallaşdırıb.Dortmund klubu ardıcıl 5 turda qələbə qazanmaqla çempionluğa iddialı olduğunu sübut etdi.Goal.az xəbər verir ki, "Borussia"nın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq da komandanın "Bavariya" ilə başa-baş mübarizə aparacağına işarə vurub.""Bayern" aşkar favoritdir. Lakin onlara mümkün qədər problem yaratmaq istəyirik. Biz super bir starta imza atdıq. Fikrimcə, "Bavariya" bu il çempion olmayacaq. Hədəfim bu mövsüm 20 qol vurmaqdır. Tomas Tuxellə buna görə mərc etmişik", - Obameyanq deyib.Qeyd edək ki, afrikalı forvard artıq 6 qolun müəllifi olub. Ötən mövsüm isə futbolçunun aktivində 25 qol vardı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31