Sensasion AÇIQLAMA: "La Liqanın varlığına son qoyulacaq"
22 Sentyabr 2015 12:58 İdmanİspaniya Futbol Liqasının prezidenti Xavyer Tebas Kataloniya əyalətinin müstəqillik əldə etməsinin La Liqa üçün nəticələrinə toxunub.Goal.az xəbər verir ki, Tebas tvitter səhifəsindən bunları yazıb:"Kataloniya müstəqillik qazansa, İspaniya bölünəcək. Eyni zamanda La Liqanın varlığına da son qoyulacaq. Ümid edək ki, bu absurd hadisə heç vaxt baş verməyəcək".Qeyd edək ki, Kataloniyanı La Liqada "Barcelona" və "Espanyol" təmsil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31