"Qalatasaray"ın hücumçusu bir aylıq sıradan çıxdı
21 Sentyabr 2015 19:35 İdman"Trabzonspor"la oyunda (1:0) zədələnən "Qalatasaray"ın hücumçusu Burak Yılmazın durumuna aydınlıq gəlib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu bu gün tibbi müayinədən keçib. Türkiyə yığmasının üzvünün ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Burak Yılmaz qarşıdakı 1 ay müddətində superliqada "Qaziantepspor", "Başakşəhər", "Gənclərbirliyi" və "Fənərbaxça", Çempionlar Liqasında isə "Astana" və "Benfika" ilə görüşlərdə meydana çıxa bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31