Stolüstü tennis hakimləri seminarda iştirak edirlər

Azərbaycan Stolüstü Tennis Federasiyasının Beynəlxalq Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyi ilə əldə edilmiş razılığına əsasən sentyabr ayının 21- də Bakı şəhərində hakimlər üçün sertifikatlaşdırılmış seminar keçirilir. Gənclər və İdman Nazirlıyindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirin keçirilməsində məqsəd yerli idman mütəxəssislərini təkmilləşmiş beynəlxalq stolüstü tennis qaydaları ilə tanış etmək , onların ixtisaslarını artırmaqdır. 20-dək hakimin qatılacağı seminara təcrübəli belçikalı mütəxəssis İsabelle Marie Jeanne Elisabeth rəhbərlik edir. Tədbir sentyabr ayının 24-də başa çatacaq və iştirakçılara sertifikatlar təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31