İdmançımızın karyerasında yeni mərhələ

Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevçov karyerasında yeni mərhələyə qədəm qoyub. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari mövsümün yekunlarına əsasən idmançımız Çikaqoda keçiriləcək Dünya Seriyasının finalında iştirak etmək hüququ qazanıb. Mötəbər yarışda yüksək nəticə əldə edən Pevçov 11-ci yeri tumaqla, ən yaxşıların mübarizə apardığı yarışda dünya elitasına daxil olduğunu sübut edib. Eyni zamanda idmançımız,  Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə vacib xallar qazanıb. Yarış zamanı Azərbaycan yığmasının idmançısı London-2012 olimpiadasının bürünc medalçısı Conatan Brounlini qabaqlayıb.
Göstərdiyi yüksək nəticələrə görə Azərbaycan idmançısı Rostislav Pevçov olimpiya lisenziyasına bir qədər də yaxınlaşdı. Təmsilçimiz artıq Rioya vəsiqəni təmin edən idmançıların siyahısında yerini möhkəmlədib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31