AFFA-dan yenilik
21 Sentyabr 2015 12:54 İdmanAzərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkə futbolunda baş verən hadisələrin, AFFA və milli komandalar barədə xəbərlərin ictimaiyyətə operativ çatdırılması üçün daha bir yeniliyin tətbiqinə başlayıb. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, İOS və Android əməliyyat sistemlərinin istifadəçiləri App Store və Play Market-ə daxil olmaqla "AFFA news" adlı tətbiqi (application) cihazına ödənişsiz yükləyə bilər. AFFA-nın www.affa.az ünvanlı veb-saytında yerləşdirilən bütün xəbərlər, eləcə də videoçarxlar dərhal "AFFA news" tətbiqində öz əksini tapacaq və istifadəçinin istəyindən asılı olaraq, hər bir yenilənmə ilə bağlı cihazına səsli xəbərdarlıq göndəriləcək. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31