PAOK-un futbolçusu: "Qəbələ"yə qol vurmaq asan deyil"

"Biz üç xal qazanmaq və öz futbolumuzu sərgiləmək istəyirdik. Ancaq qazonun vəziyyəti dəhşət bərbad idi". Qol.Az-ın məlumatına görə, bu sözləri PAOK-un futbolçusu Dimitris Pelkas Avropa Liqasının qrup mərhələsində səfərdə "Qəbələ" ilə 0:0 bərabərə qaldıqları oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. "Qəbələ"nin zəif rəqib olmadığını bildirən Pelkas Azərbaycan təmsilçisinin müdafiədən oynadığını vurğulayıb: "Stadion kiçik idi və rəqib əsasən müdafiədən oynadı. Belə komandaya qarşı qol vurmaq asan deyil. Buna baxmayaraq, qol vurmaq üçün bir neçə şansımız oldu. Lakin yararlana bilmədik. Qarşıdakı oyunlara baxmalıyıq. Futbolda yaxşı və pis günlər olur. "Qəbələ" ilə matçda ötürmələrim nəsə alınmırdı. Onu deyim ki, həftədə iki dəfə oynamağa alışmamışam. Ancaq bu, müvəqqətidir. Daha çox çalışmalı və növbəti oyunlarda uğur qazanmalıyıq. Qarşıda superliqada AEK-lə matçımız var. Düzgün istirahət edərək bu oyuna hazırlaşmalıyıq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31