AZAL - "İnter" matçının baş hakimi dəyişdi

Azərbaycan Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklər edilib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA referisi Əliyar Ağayev səhhətində yaranmış problemlər səbəbindən 5-ci turda meydançaya çıxmayacaq. Odur ki, AZAL - "İnter" görüşündə İnqilab Məmmədov idarəçilik edəcək. Əliyar Ağayevi əlavə köməkçi kimi təyinat aldığı "Neftçi" - "Xəzər Lənkəran" görüşündə isə Fariz Yusifov əvəzləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31