“Artıq istənilən meydanda qələbə istəyirik” – Sənan Şəfizadə
18 Sentyabr 2015 15:59 İdman"Londonda məğlub olsa belə göstərdiyi oyuna görə "Qarabağ"la fəxr etmək olar". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə tanınmış futbol şərhçisi Sənan Şəfizadə çıxış edib. "Onlar bizi stadiona qaytardı. Bizi yumruq kimi birləşməyə məcbur etdi. Avropa Liqası tarixinə düşən Azərbaycan bayrağı onlara dəstək olaraq sizin sayənizdə stadionda dövrə vurdu. "Rusenborq", "Zalsburq", "Dnepr", "Yanq Boyz" kimi komandalar üzərində zəfərlə qələbəyə öyrəşdik. Pley-off-un həyəcanını yaşamağa yaxın olduq. Artıq istənilən meydanda qələbə istəyirik. Londonda məğlub olsa belə göstərdiyi oyuna görə "Qarabağ"la fəxr etmək olar. Səbrsizliklə növbəti ev oyununu gözləyirik, yenidən birləşmək, yenidən "Qarabağ" söyləmək üçün. Hər şeyə görə təşəkkürlər "Qarabağ"", - deyə S. Şəfizadə qeyd edib. ("OLAYLAR İA")