FİFA-nın baş katibi vəzifəsindən uzaqlaşdırılıb
18 Sentyabr 2015 09:00 İdmanBeynəlxalq Futbol Assosiasiyasının (FİFA) baş katibi Jerom Valke vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.
Braziliyanın kütləvi informasiya vasitələri xəbər verir ki, Valke 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatında qeyri-qanuni bilet satışı ilə məşğul olub. Bu fəaliyyəti nəticəsində baş katib 2 milyon avroya qədər pul qazanıb.
FİFA-nın saytında yerləşdirilən məlumatda deyilir ki, Valke dərhal tutduğu vəzifəsindən uzaqlaşdırılıb: "FİFA-nın baş katiblə bağlı olan bəzi şübhələr haqqında xəbəri var və o Etika komitəsini rəsmi araşdırma aparmağa çağırıb."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31