Qaret Beylin durumuna aydınlıq gəldi
17 Sentyabr 2015 19:50 İdmanÇempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Şaxtyor"la oyunda (4:0) zədələnən "Real"ın futbolçusu Qaret Beylin durumuna aydınlıq gəlib. Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən uelsli futbolçunun ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub. "Şaxtyor"la oyunda əzələsini dartan 26 yaşlı matçın 31-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Beyl bu mövsüm "Real"ın heyətində keçirdiyi 4 oyunda 2 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31