"Zirə" braziliyalı futbolçu ilə gücləndi

Azərbaycan Premyer Liqasında ilk 4 turdan sonra 6 xalla 5-ci sırada qərarlaşan "Zirə" daha bir futbolçu ilə güclənib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı Dieqo de Souza Qonçalves Qusmao paytaxt təmsilçisinin sırasına qoşulub. Dieqo komanda ilə bir illik müqaviləyə imza atıb. Karyerası əsasən vətəni ilə bağlı olan Dieqo Souza azərbaycanlı futbolsevərlərə də çox tanışdır. Yarımmüdafiəçi bir müddət "Xəzər Lənkəran"ın heyətində özünü ən yaxşı tərəfdən göstərib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31