"Xəzər Lənkəran"ın futbolçusu "Kəpəz"də!

"Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib. Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda "Xəzər Lənkəran"dan Rəşad Eyyubovu heyətinə qatıb. 23 yaşlı hücumçu ilə bir illik müqavilə bağlanılıb. Eyyubov artıq iki gündür ki, "sarı-göylər"in düşərgəsindədir və komandanın məşqlərində iştirak edir. Odessa futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizə 2011-ci ildə gəlib. Onun Azərbaycanda ilk klubu "Simurq" olub. Rəşad müxtəlif yaş qrupları üzrə yığma komandaların da formasını geyinib. Gənc hücumçu ötən mövsüm göstərdiyi oyunla əsas millinin baş məşqçisi Robert Prosineçkinin də diqqətini cəlb edərək yığmaya dəvət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31