Qızlarımız Uelsdə meydana çıxacaqlar

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununa çıxacaq. "Olaylar"ın AFFA-nın saytına istinadən məlumatına görə, Yığmamız Uelsin Osvestri şəhərindəki Park Hall stadionunda Belçika komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Xatırladaq ki, qrupun ilk oyununda yığmamız Uels millisini 4:1 hesabı ilə məğlub edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31