Dodo: "Qrup səddini də aşacağıq"

"Biz artıq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazmışıq. Ancaq biz daha artığını istəyirik. Çətin olacağını bilirik, amma turnirdə yaxşı çıxış etməyə çalışacağıq". Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo deyib. Braziliyalı futbolçu komandasının qrup səddini aşacağına inandığını bildirib: "Qəbələ" hər mövqedə güclü rəqabət olan bir komandadır. Qrup səddini də aşaraq növbəti mərhələyə adlayacağımıza inanıram. "Borussiya"nın qrupda ilk iki pillədən birini tutacağına şübhəm yoxdur. Qalan 3 komanda - "Qəbələ", "Krasnodar" və PAOK isə növbəti vəsiqə uğrunda mübarizə aparacaq".

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində sabah evdə PAOK-u qəbul edəcək. Matç saat 22:00-da başlayacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31