"Astana"nın futbolçusu xəstəxanalıq oldu

Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Benfika"ya 0:2 hesabı ilə uduzan "Astana"nın futbolçusu Georgi Jukov matçdan sonra xəstəxanaya aparılıb. Qol.Az-ın "Sapo Desporto"ya istinadən verdiyi məlumata görə, alergiyası olan futbolçu stadionu təcili tibbi yardım maşınında tərk edib. 20 yaşlı futbolçunun anafilaktik şok keçirdiyi bildirilir. Vəziyyəti ağır olan Jukov Lissabonda qalıb. Qazaxıstan klubu isə artıq Astanaya qayıdıb.

Qeyd edək ki, 90 dəqiqə meydanda olan Jukov 78-ci dəqiqədə cəzalandırılıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31