Qaret Beyl zədələndi
16 Sentyabr 2015 19:24 İdman"Real" ciddi itki ilə üzləşib. Qol.Az-ın "As" qəzetinə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisinin futbolçusu Qaret Beyl zədələnib. Uelsli futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Şaxtyor"la oyunda (4:0) əzələsini dartıb. Matçın 31-ci dəqiqəsində əvəzlənən 26 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. Buna tibbi müayinədən sonra aydınlıq gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31