Abramoviçdən Mourinyoya dəstək
15 Sentyabr 2015 20:00 İdman"Çelsi"nin sahibi Roman Abramoviç klubun baş məşqçisi Joze Mourinyoya dəstək olub. Qol.Az-ın "The Times"ə istinadən verdiyi məlumata görə, rusiyalı iş adamı komandasının uğursuz çıxışına baxmayaraq, portuqaliyalı mütəxəssislə yoluna davam edəcəklərini bildirib. "Çelsi" Premyer Liqada geridə qalan 5 turdan sonra 4 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Bu, London təmsilçisinin 1988-ci ildən sonra ən uğursuz çıxışı olub.
Qeyd edək ki, Britaniya mətbuatı Mourinyonun istefaya göndəriləcəyini və klubun baş məşqçi vəzifəsinə "Borussiya"dan (Dortmund) ayrılan Yurgen Kloppun gətirələcəyini iddia edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31