Qriqorçukun mətbuat konfransının vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Qəbələ" - PAOK (Yunanıstan) matçından əvvəl baş tutacaq mətbuat konfranslarının vaxtı açıqlanıb. Qol.Az-ın məlumatına görə, ilk olaraq jurnalistlərin önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq.
8-ci kilometr qəsəbə stadionunda baş tutacaq "Qəbələ" - PAOK matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah  saat 19:15-də arenanın Media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq.  20:00-da isə PAOK-un çalışdırıcısı İqor Tudor media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 17-də saat 22:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31