"Qəbələ"nin oyununun vaxtı dəyişdirildi

"Qəbələ" klubu Peşəkar Futbol Liqasına müraciət edib. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qəbələ" Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Sumqayıt"la görüşün vaxtının dəyişdirilməsini xahiş edib. PFL əsasnaməni nəzərə alaraq, "Qəbələ"- "Sumqayıt" görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi, 20 sentyabrda deyil, 21 sentyabrda keçirilməsinə qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31