"Barselona"nın sabiq futboçusu Xavi Hernandes yeni klubu "Al-Sadd"a ilk rəsmi matçına çıxıb. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 35 yaşlı yarımmüdafiəçi Qətər çempionatında "Al-Mezaymir"ə qarşı oyunda (4:0) rəsmi debütünü edib. O, ilk qarşılaşmasında bir qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, Xavi bu yay "Barselona"dan "Al-Sadd"a transfer olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31