"Qəbələ"nin oyununda ispaniyalı hakimlər

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Qəbələ" - PAOK matçının hakimləri müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda baş tutacaq oyun ispaniyalı hakimlərə həvalə olunub. Görüşün baş hakimi olacaq Xavyer Estradaya həmyerliləri Miqel Martinez və Teodoro Sobrino köməklik edəcək. Dördüncü referi funksiyasını isə Dieqo Barbero Sevilya yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 17-də 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - PAOK oyunu saat 22:00-da başlayacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31