Millimizin üzvü oynadı, cəzalandı
14 Sentyabr 2015 12:18 İdmanAzərbaycan millisinin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" İspaniya La Liqasında növbəti matçını keçirib. Qol.Az-ın məlumatına görə, "Eybar" La Liqanın 3-cü turunda səfərdə "Malaqa"nın qonağı olub. Matçda tərəflərin cəhdlərinə baxmayaraq, hesab açılmayıb. Görüşün 66-cı dəqiqəsində meydana daxil olan İsrafilov 8 dəqiqə sonra sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 3 turdan sonra 7 xal toplayan "Eybar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31