Fəhmin Muradbəyli: "Məşqçilərimiz sağ olsunlar"

"Yaxşı oyun oldu. Hər iki tərəf mübarizə apardı. Çox şükür ki, biz qələbə qazandıq. On nəfərlə qalmağımıza baxmayaraq, futbolçular can yandırdı, böyük əmək göstərdilər. Mən də çox sevinirəm ki, iki qol vurdum. Buna görə də Allaha təşəkkür edirəm". Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli Azərbaycan Premyer  Liqasının 4-cü turunda "Rəvan"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib. O, baş məşqçi Samir Əliyevə ona start heyətdə yer verdiyi üçün  təşəkkür edib: "Məşqçilərimiz mənə şans verdiyi üçün sağ olsunlar.İnşallah, Xəzər Lənkəran"la oyunda layiqli qələbə qazanıb azarkeşlərimizi sevindirərik".

Qeyd edək ki, F.Muradbəyli "Rəvan"la oyunda dubla imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31